17 
Iyl
2020
12:50
1743

Xroniki xəstəlikdən əziyyət çəkən vətəndaşlar dövlət proqramından istifadə etməkləri asanlaşdırıldı

Xroniki xəstəliklərin müalicə dərmanlarının təminatı dövlət proqramı çərçivəsində dərmanlar almaq üçün faydalananlar Sosiyal xidmət agentliyində birdəfəlik qeydiyyatdan keçmək prosesi götürülüb.

InterPress.ge məlumat verir ki, yenilik artıq qüvvədədir və bu kimi dərmanları həkim tərəfindən elektron qaydada resept yazıldıqdan sonra ala bilmək mümkündür. Bunadək isə vətəndaş Sosiyal xidmətə müraciət edərək birdəfəlik qeydiyyatdan keçməli idi. Bunun üçün forma 100 təqdim edilməsi mütləq idi. Faydalananlar yalnız qeydiyyatdan keçdikdən sonra dərmanları ala bilərdi.

Bununla bərabər sözügedən proqramın modeli dəyişdirildi və səhiyyəyə inteqrasiya oldu. Səhiyyə Nazirliyindən verilən məlumata görə, yeni modellə dərmanlar daha çox aptekdən məhdudiyyətsiz şəkildə əldə edə bilinəcək.

Xroniki xəstəliklərin müalicəsi üçün dərman vasitələri ilə təminatı dövlət proqramı sosial aztəminatlı ailələrin məlumat bazasında qeydiyyatda olan və reytinq balı 100 mindən çox olmayan şəxslərə, həmçinin pensiyaçılar, əlillər, parkinson və epilepsiya xəstələri üçün verilir.

Proqram aşağıdakı xəstəliklərə də şamil edilir :

xroniki ürək-damar xəstəlikləri;

Xroniki ağciyər xəstəlikləri;

Diabet (2-ci növ);

Epilepsiya;

Parkinson xəstəliyi.

Fiziki məhdudiyyətli şəxslər, pensiyaçılar dərmanı bir lariyə alırlar. Parkinson və Epilepsiya xəstələri dərmanlarına 75% endirimlə alırlar.

Bizimlə əlaqə saxlayın