17 
Iyl
2020
12:06
1411

Koronavirusa yoluxan Gürcüstan sülhməramlılarının sayı artdı

NATO-nun “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Əfqanıstanda hərbi xidmətdə olan daha 10 Gürcüstan hərbçisi koronavirusa yoluxub.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, COVID-19 diaqnozu qoyulan sülhməramlılar Almaniyaya məxsus hərbi təyyarə ilə Gürcüstana gətiriliblər.

Qeyd edək ki, daha əvvəl Əfqanıstanda 28 Gürcüstan sülhməramlısı koronavirusa yoluxub, onlar hazırda Qori hərbi xəstəxanasında müalicə olunurlar. Bütün hərbçilərin sağlamlıq vəziyyətlərinin qənaətbəxş olduğu bildirilib.

Bizimlə əlaqə saxlayın