16 
Iyl
2020
18:02
2339

Marneulidə Nərimanovun heykəlinin götürülməsi tələbi ilə aksiya keçirildi - FOTO

Marneuli Nəriman Nərimanovun büstü yerləşən parkda aksiya keçirilib.

InterPress.ge xəbər verir ki, aksiyada iştirak edən Marneuli Hucabi və yepiskopu Giorgi Camdeliani Nərimanovun büatünün sökülməli və yerinə II Erekle ilə çiyin-çiyinə döyüşən Xudu Borçalının heykəlinin qoyulmalı olduğunu bildirib.

"Bizlər bizim üçün dəyərli olan insanların büstlərini qoymalıyıq buraya, Nərimanovun deyil. Nərimanov satqın Maxaradze və Orconikidze ilə birlikdə Gürcüstana xəyanət edərək ölkəni satıb. Xudu isə II Erekle ilə birlikdə düşmənə qarşı vuruşmuşdur. Bax budur əsl azərbaycanlı, bax budur əsl dostluq, əsl qardaşlıq. Mənim sözlərimi çoxusu milliyətçilik, ayrıseçkilik qəbul edə bilər ancaq o heykəlin yerində Camdeliani deyə biri olsaydı, əmin olun ki, onu oradan birinci mən sökərdim,- deyə G.Camdeliani bəyan edib

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər