14 
Iyl
2020
17:14
2201

SON DƏQİQƏ! Məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı müddət bu tarixə kimi uzadıldı

Bugünkü parlamentin xüsusi iclasda millət vəkilləri ilk oxunuşda sağlamlıq haqqında qanun layihəsinə səs verdi.

InterPress.ge xəbər verir ki, İctimai səhiyyə haqqında qanun layihəsi bir səs əleyhinə olmaqla 79 deputat tərəfindən dəstəklənib.

Layihəyə görə, Gürcüstan hökumətinin fövqəladə vəziyyət olmadan müəyyən məhdudiyyətlər qoymaq hüququ 2021-ci ilin yanvarına qədər uzadılacaqdır.

Qeyd edək ki, qanunlayihə ilə yalnız onun tarixi dəyişdirildi, maddə və prinsip dəyişiklikləri daxil edilməyib.

Xatırladaq ki, ilk dəfə may ayında Gürcüstan Parlamenti tərəfindən İctimai Səhiyyə Qanununa dəyişikliklər təsdiq edildi, bu da hökumətin 15 iyul tarixinə qədər fövqəladə vəziyyət olmadan məhdudlaşdırıcı tədbirlər görməsinə imkan verdi.

Bizimlə əlaqə saxlayın