08 
Iyl
2020
12:43
624

Gürcüstanda beşulduzlu oteldə yanğın olub

Gecə Gürcüstanın Kaxetiya bölgəsindəki beşulduzlu “Radisson Collection” mehmanxanasında yanğın çıxıb.

InterPress.ge xəbər verir ki, oteldəki qonaqlar təxliyə edilib.

“Yanğın baş verib, insanlar təxliyə olunur. Nə olduğunu heç kim bilmir”, - deyə otelin əməkdaşı bildirib.

Fövqəladə vəziyyətin idarə edilməsi xidmətindən jurnalistlərə verilən məlumata görə, güclü tüstüləmə səbəbindən mehmanxananın müştəriləri təxliyə edilib, yanğının səbəbi məlum deyil. Hadisə yerində yanğınsöndürənlər səfərbər olunub.

Qeyd edək ki, otel Sinandali kəndində, gürcü şairi Aleksandr Çavçavadzenin tarixi evinin yaxınlığında yerləşir.

Bizimlə əlaqə saxlayın