08 
Iyl
2020
12:18
829

Gürcüstanda meşə yanğını davam edir - FOTO

Gürcüstanın Sameqrelo-Zemo Svaneti rayonunda baş verən meşə yanğını davam edir.

InterPress.ge xəbər verir ki, Xaişi kəndi yaxınlığında dağlıq ərazidə başlayan yanğının söndürülməsi işləri dörd gündür ki, davam etdirilir. Yanğınsöndürmə işlərində 4 helikopter, 200 yanğınsöndürən və 10 xilasetmə qrupu iştirak edir. Əraziyə Tbilisi, Kvemo Kartli, Acarıstan və İmeretidən əlavə canlı qüvvə cəlb edilib.

Ərazidəki 4 aktiv yanğın ocağından 3-nün lokallaşdırıldığı bildirilir.

Bizimlə əlaqə saxlayın