07 
Iyl
2020
13:25
703

Qardabani rayonunun Muğanlı kənd sakinləri etiraz aksiyası keçirib

Gürcüstanın Qardabani rayonunun Muğanlı kənd sakinləri içməli su problemindən şikayət edirlər.

InterPress.ge xəbər verir ki, kəndin içməli su problemi illərdir həll olunmur.

“Mtavari arxi” telekanalının məlumatına görə, bu gün kənddə etiraz aksiyası keçirilib. Sakinlər bildiriblər ki, Muğanlı kəndi seçkidən seçkiyə yada düşür. Yerli hakimiyyət orqanları problemin aradan qaldırılacağına söz versələr də, məsələ həll olunmamış qalır. Kəndin texniki su ilə təminatında da fasilələr yaranıb.

Aidiyyəti qurumun nümayəndəsi məsələnin yaxın günlərdə həll olunacağını söz verib. Lakin Muğanlı sakinləri növbəti vədin yerinə yetiriləcəyinə inanmadıqlarını bildiriblər.(report)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər