06 
Iyl
2020
23:26
2252

Gürcüstanda qarşıdakı günlə havanın necə olacağı açıqlandı - yüksək temperaturlu isti hava olacaq

İyulun 9-dək Gürcüstanda havanın istiliyi yüksək olaraq qalacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Agentliyindən məlumat verilib.

Məlumata görə, iyulun 7-də havanın temperaturu Qərbi Gürcüstanın dağətəyi ərazilərində +40, +42 dərəcəyə, dağlıq rayonlarda i +35, +37 dərəcəyə, Qara dəniz sahillərində isə +33, +35 dərəcəyə çata bilər.

Şərqi Gürcüstanda 7-8 iyul tarixlərində düzənlikdə havanın maksimal temperaturunun 34, 39 dərəcə, dağlıq ərazilərdə isə 29, 34 dərəcə isti olacağı gözlənilir.

“Havanın yüksək temperaturu meşə yanğınlarına səbəb olur. 8 İyul günortadan 11 İyulya qədər Gürcüstanda nisbətən sərin olacaq. Vaxtaşırı yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli, şimşək çaxacaq, dolu yağacaq, küləyin ola biləcəyi gözlənilir, dənizdə isə 2-3 bal gücündə dalğalar ola bilər", - deyə agentlikdən bildirilir.

Gözlənilən güclü yağış Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına və kiçik çaylarda daşqına səbəb ola bilər. Ölkənin dağlıq zonalarında sürüşmə-sel əmələ gəlməsi və aktivləşməsi mümkündür.

Bizimlə əlaqə saxlayın