03 
Iyl
2020
10:13
1703

Paata İmnadze: "İkinci dalğa haqqında danışmaq tezdir"

"Koronavirusun ikinci dalğasından danışmaq tezdir".

InterPress.ge xəbər verir ki, bu haqda xəstəliklərə nəzarət milli mərkəzi rəhbərinin müavini Paata İmnadze açıqlama verib.

Onun bildirdiyinə görə, əgər biz koronavirusla yaşamağa öyrənsək o bizi çox narahat etməyəcək.

"İkinci dalğa haqqında danışmaq tezdir. Hal hazırki nəticələr vəziyyətin fövqəladə olmadığını göstərir. Lakin virus qayıda bilər ona görə də diqqətli olmalıyıq. Əgər biz koronavirusla yaşamağa öyrənsək yəni maskadan istifadə etsək, məsafə saxlasaq, gigiyena qaydalarına riayət etsək, əhalinin çox olduğu yerlərdən çəkinsək o, zaman virus bizi çox narahat etməyəcək. Əks halda qonşu ölkələrdəki vəziyyətlə qarşılaşacağıq", - dedi Paata İmnadze.

Bizimlə əlaqə saxlayın