01 
Iyl
2020
09:12
2634

Bu gündən etibarən 1-ci qrup əlilər üçün pensiyalar artdı

1 iyul 2020-ci il tarixindən etibarən ağır əlillər (I qrup) və əlil uşaqlar üçün pensiyaları 30 GEL artacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat verib.

Məlumata görə, 40 mindən çox insan artan sosial paketdən yaralanacaq.

Xatırladaq ki, bu gündən eyni zamanda, 70 yaşdan yuxarı pensiyaçılarında pensiyası artdı. 70 yaşdan yuxarı olan insanların pensiyası 20 lari, dağlıq yaşayış məntəqələrində yaşayan 70 yaşdan yuxarı pensiyaçıları isə 30 lari artdı.

Hökumət eyni zamanda izah edir ki, 2021-ci ilin yanvar ayından etibarən pensiyalar 70 yaşdan aşağılar üçün 20 GEL, 70 yaşdan yuxarı üçün isə 25 GEL artacaq.

Bizimlə əlaqə saxlayın