25 
Iyn
2020
21:40
2874

DTX-ya çağırılan Marneuli sakini Mtavari Arxi tərəfindən hazırlanan süjetdən danışdı

“Mtavari Arixi” teleşirkətinin efirində koronavirus mövzusunda efirə çıxan süjetdən sonra, kanala müsahibə verənlər DTX-ya sorğuya çağrılıd.

InterPress.ge xəbər verir ki, reportaja əsasən, Ərkinaz Quliyeva və Zanura Talıbova deyirdilər ki, ailə üzvlərinin vəfat etməsi səbəbi olaraq koronavirusun adlandırılması müqabilində onlara hakimiyyət nümayəndələri 10 min ları təklif etdilər.

DTX-da Ərkinaz Quliyeva və Zanura Talıbovanın dindirilməsi iki saatdan artıq davam etdi.

Dindirilmədən çıxdıqdan sonra onlar bildirdilər ki, kanal onların şərhlərinin tərcüməsini çirkinləşdirib.

Müsahibə verənlərdən biri, Ərkinaz Quliyeva deyir: “evimizə heçkim gəlməyib və heçnə təklif etməyib. Jurnalist gəldikdə konkret olaraq soruşdu, meriyadan kimsə gəlibmi və pul təklif edibmi? Dedim ki, nə meriyadan və nə də polisdən kimsə gəlməyib. Onu da dedim ki, ailə üzvümüz ürək səbəbindən vəfat etdi. Səkkiz il özünü pis hiss edirdi. Altı il Ukraynada müalicə olunurdu”.

Daha bir müsahibə verənin, Zanura Talıbovanın vəkili, Əli Bədirovun dediyinə görə, tərcümədə müəyyən səhvlərin olması mümkündür. Çünki onun ailə üzvü üçün, qohumları üçün bənzər təklif olmayıb və bu barədə məlumatları da yoxudur.

İş üzrə istintaq, Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsinin birinci hissəsi ilə aparılır və maddə sabotajı nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın