12 
Iyn
2020
14:35
2712

Ciddi nəzarətə başlanılır: Qaydaların pozulduğu təqdirdə cərimələr yazılacaq

Gürcüstan iqrisadiyyatının açılmasına paralel olaraq, epidemioloji risklərin artması fonunda, baş nazir Giorgi Qaxarianın rəhbərliyi ilə qüvvədə olan idarələarası kooordinasiya şurası vəziyyətin operativ idarəsinin rejimini gücləndirir.

InterPress.ge xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidmətindən bildirilib.

Baş nazirinin mətbuat xidmətinin məlumatına görə, video-konfrans formatında keçirilən bugünki iclasda mövcud olan epidemioloji vəziyyət müzakirə olundu.

Şura üzvləri artan mobillik şərtlərində, risklərin artma mexanizmini müzakirə etdilər. Risklərin azalması məqsədi ilə, şuranın qərarı ilə, ictimaiyyətin yığıldığı yerlərdə müvafiq qaydaların qorunmasına ciddi nəzarət ediləcək.

Qaydaların pozulduğu halda isə, qanunla müəyyən edilən cərimələr yazılacaq.

Bizimlə əlaqə saxlayın