11 
Iyn
2020
13:29
4017

Baş nazir açıqladı - bu insanlar üçün pensiyalar 250 və 300 lari olacaq

"70 yaşdan yuxarı olan pensionerlərin pensiyası 30 lari ilə artacaq və 250 lari olacaq, yüksək dağlıq regionlarda isə, 300 lari olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Naziri Giorgi Qaxaria bugünki hökümət iclasında deyib.

Baş nazir anti-krizis büdcəsi haqqında danışdı və qeyd etdi ki, 2020-ci ilin antikrizis büdcəsi ilə bağlı Maliyyə Nazirliyi və bütün iqtisadiyyat idarələri sistemli şəkildə işləyib.

“Bu ciddi bir işdir və bunun üçün İqtisadiyyat Nazirliyinə yenə bir daha təşəkkür etmək istəyirəm. Xüsusi ilə qeyd etmək istəyirəm ki, bu büdcənin parametrləri ilə, pensiyaların artma tendensiyasını qoruya biləcəyik. Hərhansı iqtisadi artım və inflyasiya zamanı pensionerlərimizin pensiyaları yaşından asılı olaraq, 20-25 lari ilə artacaq” – dedi Giorgi Qaxaria.

Baş nazir qeyd etdi ki, bu il 58 kəndə yüksək dağlıq statusu verildi.

Bizimlə əlaqə saxlayın