11 
Iyn
2020
12:31
2570

Gürcüstanda koronavirusa son yoluxmalarla bağlı açıqlama verildi

Gürcüstanda koronavirusa son 6 yoluxma halından dördünün mənbəyini müəyyən etmək mümkün olmayıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria məlumat verib.

O bildirib ki, bu, olduqca təhlükəli vəziyyətdir.

“İyunun 11-də 6 yeni yoluxma halı qeydə alınıb. Bu rəqəm ilk baxışdan az görünə bilər, lakin olduqca təhlükəli vəziyyətdən xəbər verir. Yoluxma hallarından dördünün mənbəyi bilinmir və onlardan 3-ü Tbilisidə qeydə alınıb”, - deyə Baş Nazir qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər