08 
Iyn
2020
07:35
4565

Cərimə oluna bilərsiz: Bu gün qüvvədə qalan məhdudiyyətlərin tam SİYAHISI

Gürcüstan hökuməti koronavirus pandemiyası səbəbi ilə qoyulan məhdudiyyətləri sürətlə aradan qaldırmağa davam edir.

InterPress.ge xəbər verir ki, ölkədə aşağıdakı məhdudiyyətlər tətbiq olunur:

- Bolnisi bılədiyyəsinin iki kəndi karantində qalmağda davam edir - Muşevani (Dəllər) və Geta (Aşağı Güləver).

- Qapalı məkanlarda, dövlət qurumlarında, ofis və dükanlarda, maskalarda və sosial məsafədə olmaq lazımdır.

- İctimai nəqliyyatda qoruyucu maskalar olmadan hərəkət etmək və kondisionerləri yandırmaq olmaz.

- Mədəni və idman tədbirləri keçirmək qadağandır.

- Ənənəvi ictimai tədbirlərdə (toylar, anımlar, yubileylər və s.) 10-dan çox insanın toplaşması qadağandır.

- Təlimlər, konfranslar və seminarlar uzaqdan aparılmalıdır.

- Məktəblərdə və universitetlərdə tədris prosesi uzaqdan həyata keçirilir.

- Onlayn istisna olmaqla, kazinoların və qumarxanaların fəaliyyəti qadağandır.

- Taksi sürücüsü maska ​​taxmalıdır, taksiyə iki nəfərdən çox insan olmaz, arxa oturacaqda oturmalıdırlar.

- İzdihamlı yerlərdə otaqdan hava alan, sərinləyən və geri qaytaran split sistemlərin kondisionerlərindən istifadə edilə bilməz. Kondisioner və havalandırma sistemlərini birləşdirən sənaye kondisionerlərinin istifadəsinə icazə verilir.

Əlavə qeyd edək ki, iyunun 15-dən etibarən daxili turizm bərpa ediləcək, iyulun 1-dən isə Gürcüstan xaricdən gələn səyahətçiləri qəbul etməyə başlayacaq.

Bizimlə əlaqə saxlayın