06 
Iyn
2020
18:19
5551

Marneuli sakini bədbəxt hadisə zamanı həyatını itirdi

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) ekspert-kriminalisti, polis mayoru 39 yaşlı Sahib Heydərov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

InterPress.ge xəbər verir ki, onu iyunun 3-də Tbilisidə partlayış baş verən qazdoldurma məntəqəsində əlavə istintaq tədbirləri həyata keçirərkən cərəyan vurub.

S.Heydərov xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

DİN əməkdaşının vəfatı ilə bağlı onun ailəsi və yaxınlarına başsağlığı verib.

Fakt üzrə xüsusi obyektlərdə təhlükəsizlik qaydalarının pozulması maddəsi üzrə cinayət işi açılıb.

Qeyd edək ki, Marneuli sakini olan S.Heydərov DİN-nin Ekspertiza Xidmətinin Tbilisi Departamentinin əməkdaşı olub. Rayonda sərt karantin rejiminin tətbiq olunduğu dövrdə o, yerli polis əməkdaşlarına yaxından kömək göstərib.(reoort)

Bizimlə əlaqə saxlayın