04 
Iyn
2020
20:59
3677

Vətəndaşların nəzərinə! Bu yerlərdə maska taxmayanlar və bu qaydalara riayət etmiyənlər cərimə olunacaq

Maska taxmaq qaydasının pozulmasına görə pul cəriməsi tətbiq ediləcək.

InterPress.ge xəbər verir ki, müvafiq dəyişikliklər İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə daxil edilir.

Dəyişikliklər görə, qapalı ictimai məkanda bir araya gələrkən maska taxmaq qaydasını pozduğuna görə fiziki şəxs 50 lari miqdarında cərimə ediləcək. Həmçinin, maskası olmayan şəxsin qapalı ictimai məkana daxil olmasına icazə verilməsinə görə, qapalı ictimai məkanın sahibi olan hüquqi şəxs 500 lari miqdarında cərimələnəcək.

Qanunlayihəyə görə, ictimai nəqliyyatla, metroyla yerdəyişmə zamanı sərnişin və sürücü maska taxmaq məcburiyyətindədir. Əgər sərnişin maska taxmazsa, o zaman 50 lari miqdarında cərimələnəcək. Sürücü də həmçinin əgər maska taxmaz isə, 50 lari miqdarında cərimələnəcək.

Taksilərə (M1 kateqoriyalı) gəlincə isə, taksi ilə səyahət edərkən sürücü və sərnişin maska taxmağa məcburdur. Əgər sərnişin maska taxmazsa, o zaman 50 lari miqdarında cərimələnəcək. Sürücü də həmçinin əgər maska taxmaz isə, 50 lari miqdarında cərimələnəcək. Dörddən çox adamın (sürücü də daxil olmaqla) taksi ilə daşınmasına görə sərnişinlər və sürücü 50-50 lari cərimə ediləcəklər.

Dəyişikliklər, təcrid və karantin qaydalarının digər pozuntularına da aiddir, bunun üçün fiziki şəxs 2000 lari və hüquqi şəxs 10000 lari miqdarında cərimə ediləcəkdir.

Bununla birlikdə, dəyişikliklərə əsasən, bir tək şəxsin 5-ci bənddə göstərilən təcrid və karantin qaydalarını təkrar pozması və ağır nəticələr ilə əlaqəli olması halında , ona qarşı cinayət məsuliyyəti tətbiq ediləcəkdir.

Bizimlə əlaqə saxlayın