02 
Iyn
2020
23:16
1005

Tbilisidə ürək donduran hadisə - yeni doğulmuş uşaq küçədə ölü tapıldı

Tbilisinin rayonlarından birində, yaşayış binasının yaxınlığında yeni doğulmuş körpə ölü tapılıb.

Bu barədə InterPress.ge Birinci kanala istinadən xəbər verir.

Təfərrüatlar hələ məlum deyil, lakin kanalın verdiyi məlumata görə, ananın yetkinlik yaşına çatmamış olması ehtimal edilir.

Bununla yanaşı, azyaşlı ananın körpəni evin pəncərəsindən atdığı iddia edilir.

Polis hadisə yerində araşdırmaya başlayıb.

Bizimlə əlaqə saxlayın