02 
Iyn
2020
12:59
1710

Gürcüstan Ermənistanla sərhədi açmayacaq

“Gürcüstan Ermənistan da daxil olmaqla, koronavirusun yüksək yayılma səviyyəsi olduğu ölkələrdən olan turistlər üçün sərhədlərini aça bilməyəcək”.

InterPress.ge xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze “Pirveli” telekanalının efirində bildirib.

Onun sözlərində görə, Gürcüstan ilk növbədə “yaşıl” ölkələrdən turistlər qəbul edəcək: “Minimal risk olan ölkələrlə ikitərəfli sazişlər rəsmiləşdiriləcək. Həmçinin turistin Gürcüstana səfərdən öncə keçməli olduğu müəyyən prosedurlar da hazırlanır”.

Qeyd edək ki, Gürcüstan iyulun 1-dən xarici turistlər üçün sərhədlərini açacaq.(report)

Bizimlə əlaqə saxlayın