02 
Iyn
2020
12:13
1108

Ağır yol qəzası nəticəsində iki gənc həyatını itirdi

Gecə saatlarında Xobi şəhərində baş verən avtomobil qəzasında iki nəfər həyatını itirib.

Bu barədə InterPress.ge Rustavi 2 televiziya şirkətinə istinadən xəbər verir.

Məlumata görə, iki nəfərin olduğu avtomobil yüksək sürətlə idarəetməni itirərək ağaca çırpılıb. Qəza bölgədə olan Nojihevi kilsəsi yaxınlığında baş verib.

Avtomobildə olan hər iki gənc təcili yardım gələnə qədər aldığı xəsarətlərdən hadisə yerindəcə həyatlarını itiriblər.

Gürcüstan Daxili İşlər Nazirliyində verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başlanılıb.

Bizimlə əlaqə saxlayın