31 
May
2020
20:28
2619

Sabahdan Gürcüstanda restoran və kafelər açılacaq - ziyarətçilərin bilməli olduqları şey

Sabahdan etibarən açıq məkana sahib ictimai qida obyektləri açılır.

InterPress.ge məlumat verir ki, açıq məkana sahib ictimai qida obyektləri üçün tələblər Ekaterine Tikaradzenin əmri əsasında müəyyən olunub.

Beləmki, bir masa ətrafında 6 nəfərdan artıq insanın əyləşməsinə icazə verilməyəcək. İstisna olaraq, əlavə 12 yaş aşağı yeniyetmənin masada oturmasına icazə veriləcək.

Rekomendasiyalara əsasən, masalar arasındakı məsafə iki metrdən, stulların arxaları arasındakı məsafə isə bir metrdən az olmamalıdır.

İki metrlik təhlükəsiz məsafəni təmin etmək mümkün olmadıqda, müvəqqəti qoruyucu səddən istifadə edilə bilər. Lakin, onların istifadəsinə sahəsi 30 m2-ə qədər olan ümumi yemək otaqlarında icazə verilmir. Sahəsi 31 m2-dən yuxarı olan, yemək otağının ümumi sahəsinin 50%-dən çox olmaması şərti ilə qoruyucu səddlərdən istifadə etmək mümkündür (bu vəziyyətdə bir nəfər üçün sahə ən azı 1,8 m2 olmalıdır).

Nazirin tövsiyyələrinə əsasən, qida obyekti qonaqlar üçün çap edilmiş (birdəfəlik) menyu təqdim etməlidir. Elektron menyu təklif edildiyi təqdirdə, əl gigiyenası üçün dezinfeksiyaedici maddələr, müvafiq icbari işarə göstərilməklə, menyunun lövhəsi yaxınlığına yerləşdirilməlidir.

Oxşar tələblər 8 iyun tarixində açılması planlaşdırılan qapalı məkana sahib ictimai qida müəssisələrinə də aiddir, lakin, qapalı kafe və restoranlar əlavə havalandırmanı da təmin etməlidirlər. Ekaterine Tikaradzenin tövsiyyələrinə görə, binada təbii havalandırma olmadıqda, bayırdan daxil olan havanın artan konsentrasiyası ilə, dolaşan və bayıra çıxarmaq yolu ilə süni havalandırmadan istifadə etmək lazımdır.

İçki xidməti sahəsindəki (bar) qapalı tipli müəssisələr, barmenlərlə istifadəçilərin birbaşa kontaktını aradan qaldırmaq üçün, içki xidmətini fərdi şəkildə, masa çatdırılması xidməti ilə təmin etməlidirlər.

Qabların yuyulmasına gəlincə isə, əl ilə yuyarkən aşağıdakı prosedurlara əməl olunmalıdır:

-Qablar mexaniki olaraq qida artığından azad olunmalıdır;

-Birinci mətbəx lavabosunda temperaturu 40 dərəcədən az olmayan su və yuyucu vasitələrdən istifadə edərəkdən yuyulmalıdır;

-İkici mətbəx lavabosunda temperaturu 40 dərəcədən az olmayan su və daha az miqdarda yuyucu vasitələrdən istifadə edərəkdən təkrar yuyulmalıdır;

-Temperaturu 65 dərəcədən az olmayan axar isti sudan keçirilməlidir;

-Sudan arınmalı və qurudulmalıdır

Tövsiyyələrdə bildirilir ki, yemək qablarının əl ilə yuyulması halında üç tərəfli lavabo, şüşə qablar və yemək qurğuları üçün isə iki tərəfli lavabo nəzərdə tutulmalıdır. Məhdud çeşidli təşkilatlarda yemək qabları və cihazların iki tərəfli mətbəx lavabosunda yuyulmasına icazə verilir.

Pivə barlarında, şüşələr və bardaqlar temperaturu 45-50 ° C-dən aşağı olmayan isti su ilə yuyucu və dezinfeksiyaedici maddələrdən istifadə olunaraqdan yuyulur.

Bizimlə əlaqə saxlayın