31 
May
2020
15:36
2058

Siqaret koronavirusdan insanı qoruyurmu? Amiran Qamkrelidzenin cavabı

"Nikotinin koronavirusdan qoruduğu fikiri yanlışdır. Tütün koronavirus infeksiyasını artırır, siqaret çəkənlər daha həssasdırlar, müxtəlif ağırlaşmaları, o cümlədən təəssüf ki, ölümcül hala salır".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Qamkrelidze, Feysbukda Ümumdünya Tütünsüz Gününə həsr olunmuş onlayn mətbuat konfransı zamanı tütün istifadəsinin fəsadlarından danışdı.

“Bir daha vurğulamaq istərdim ki, tütün əksinə infeksiyanı artırır. Bu insanlar daha həssas olurlar, müxtəlif ağırlaşmaları tütün dahada ağırlaşdırır, o cümlədən təəssüf ki, ölümcül nəticəyə gətirib çıxarır”, - dedi Amiran Qamkrelidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər