31 
May
2020
14:51
602

Polis Günü münasibətilə şəhid olan polis işçilərinin abidəsi ziyarət olundu - VİDEO

Polis Günü münasibətilə Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri və Baş nazir Giorgi Qaxaria nazirlikdə vəzifə yerinə yetirərkən şəhid olan polis işçilərinin abidəsi önünə əklil qoydular.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Mərasim fəxri qarovul dəstəsinin iştirakı ilə keçirildi. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı şöbəsinin orkestri Gürcüstanın dövlət himnini səsləndirdi. Tədbir iştirakçıları vəzifə bölgəsində həlak olmuş polislərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər "- Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edildi.

Bizimlə əlaqə saxlayın