29 
May
2020
12:31
1203

Marneuli meryası beş yeni ictimai nəqliyyat alır - FOTO

Marneuli meryası tərəfindən sakinlərə xidmət edəcək 5 yeni ISUZU markalı avtobus alınacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Marneuli meryası məlumat verib.

Məlumata görə, payızdan etibarən, Marneulinin Munisipal Avtoparkına, dizel mühərrikində işləyəcək Euro 5 emissiya standartlarına malik 5 ictimai avtobus gətiriləcək.

Meriya, ISUZU markalı ictimai avtobusların alınması üçün tenderdə qalib gələn MMC “GT Group” şirkəti ilə artıq müqavilə bağlayıb.

Tərəflər arasındakı müqavilə, Munisipalitetin Meriya binasında imzalanıb.

Munisipalitet, sözü gedən avtobusların alınması üçün bu ilin yerli büdcəsindən 1 311 000 lari vəsait ayırıb.

Avtobusların hər biri 25 sərnişin üçün nəzərdə tutulub, 21 oturacağı var və sağlamlıq imkanları məhdud olan şəxslər üçün tam şəkildə uyğunlaşdırılıbdır.

Bizimlə əlaqə saxlayın