29 
May
2020
09:31
1371

Bu gündən etibarən Gürcüstanda ictimai nəqliyyat fəaliyyətə başladı - VİDEO

Bu gündən etibarən Gürcüstanda ictimai nəqliyyat fəaliyyətə başladı.

InterPress.ge xəbər verir ki, koronavirus pandemiyası səbəbiylə ictimai nəqliyyatların fəaliyyəti artıq təxminən iki aydır ki, dayandırılmışdı.

Səhər saatlarından etibarən paytaxt metrosu açıldı, həm Tiflisdə, həm də bütün bölgələrdə bütün avtobuslar və marşrutlar fəaliyyətə başladı.

Nəqliyyatda həm sərnişinlər, həm də sürücü qoruyucu maskalar gaxması mütləqdir. Bu qayda patrul polisi və bələdiyyə xidmətləri tərəfindən müşahidə olunacaq.

Bundan əlavə, hökumətin və epidemioloqların qərarı ilə kondisionerlərin mikroavtobuslarda qurulması qadağandır. İctimai nəqliyyatda pəncərələr açıq olmalıdır.

Bizimlə əlaqə saxlayın