27 
May
2020
17:28
1704

May ayının 29-dan Marneulidə ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir

Mayın 29-dan etibarən ictimai nəqliyyat hərəkət bərpa ediləcəkdir

InterPress.ge xəbər verir ki, bu barədə Marneuli meryası məlumat verib.

Meryadan bildirilir ki, mayın 29-dan etibarən Gürcüstanın digər Munisipalitetlərində olduğu kimi Marneuli Munisipalitetində də bütün növ ictimai nəqliyyatın hərəkəti bərpa ediləcəkdir (buraya kənd ictimai nəqliyyatıda daxildir).

Qeyd edək ki, baş nazir Qiorqi Qaxaria, Koordinasiya Şurasının bu gün keçirilən iclasında munisipal nəqliyyatın bərpa edildiyini elan etdi.

Xatırladaq ki, yəyahət zamanı tibbi maska taxmaq lazım olacaq. Bu, müvafiq xidmətlər tərəfindən nəzarət ediləcəkdir.

Bizimlə əlaqə saxlayın