26 
May
2020
21:28
4828

Gürcüstanda geyim mağazalarında koronavirusa görə, bu xidmət ləğv olunacaq

Retail Groups Georgia-a məxsus paltar mağazalarda soyunma-qeyinmə hissəsi bağlanacaq.

InterPress.ge xəbər verir ki, bu barədə İmedi televiziya şirkətinin direktoru Rezo Maqalaşvili bildirib.

Retail Groups Georgia şirkəttinə Zara, Massimo Dutti, Oysho, Bershka, Stradivarius və digər marka mağazaları daxildir. Bu markalar Tbilisidə , martın ortalarından etibarən bağlanmış və hələ də işləməyən böyük ticarət mərkəzlərinin daxilində yerləşir, ticarət mərkəzləri virusun yayılması baxımından yüksək risk zonası hesab olunur.

Magalaşvilinin sözlərinə görə, şirkət soyunma-qeyinmə otaqlarını ləğv edərək bəzi profilaktik tədbirləri gücləndirməyə qərar verib.

Bununla yanaşı, bildirilir ki, mağazalar malların geri qaytarılmasına və malların dəyişdirilməsi hallarının sayının artacağına hazırdırlar. Eyni zamanda, mağazaya qaytarılacaq əşyalar dərhal ticarət otağına yerləşdirilməyəcək, əksinə təcrid olunacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər