25 
May
2020
13:29
1950

Gürcüstanda isti havalar nə vaxt başlayır?

Mayın 25-də Gürcüstanda soyuq və yağışlı hava şəraiti davam edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən verilən məlumatda bildirilir.

Məlumata görə, may ayının 26-dan havalar istiləşəcəy. Mayın 27-28-də isti hava ilə birlikdə, yalnız bəzi ərazilərdə qısamüddətli tufan ola bilər.

Mayın 26-da Gürcüstanın dağətəyi və düzənlik yerlərində havanın temperaturu +23, +28 dərəcə isti olacağı, 27-28 mayda +28, +33 dərəcəyə yüksələcəyi gözlənilir.

Bu gün Tbilisidə yağış yağacaq, mayın 26-dan etibarən yağış yağmayacağı bildirilir. Mayın 26-27-də havanın temperaturu +25, +27 dərəcə, mayın 28-də isə +31 dərəcəyə qədər yüksələcək.

Bizimlə əlaqə saxlayın