24 
May
2020
19:41
2251

Gürcüstan parlamentinin sədri, müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik etdi

Gürcüstan parlamentinin sədri, Arçil Talakvadze müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib.

InterPress.ge xəbər verir ki, bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.

“Gürcüstan Parlamenti adından müsəlman yoldaşlarımızı və bu bayramı qeyd edən hərkəsi müsəlman dünyasının ən böyük bayramlarından biri Ramazan Bayramı münasibətilə təbrik edirəm.

Əsrlərdir ortaq vətənimizin və bölgəmizin ümumi rifahı üçün yan-yana çalışırıq. Sizə cansağlığı, əmin-amanlıq və sevinc arzulayıram! “-deyə Parlamentin Mətbuat Xidmətinin yaydığı təbrikdə qeyd olunub.

Bizimlə əlaqə saxlayın