24 
May
2020
12:28
2555

İctimai nəqliyyatın iyulun 15-dək fəaliyyət göstərməyəcəyinə dair yayılan xəbərlərə hökumət açıqlama verib

"Mövcud məhdudiyyətlərin maksimal vaxtı iyulun 15-dir, amma bu o demək deyil ki, bütün məhdudiyyətlər iyulun 15-dək qalacaq. Epidemoloji vəziyyətdən aslı olaraq məhdudiyyətlər istənilən vaxt qaldırıla bilər".

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyasında bildiriblər.

″Sərəncamla nəzərdə tutulan məhdudiyyətlərin keçərliliyinin maksimal müddəti 15 iyuldur, lakin bu, təyin olunmuş məhdudiyyətlərin bir hissəsinin, o cümlədən ictimai nəqliyyata qoyulan məhdudiyyətin daha əvvəl qaldırılacağını istisna etmir. Ayrı-ayrı iqtisadi fəaliyyətlərin bərpa edilməsinə dair qərarın müəyyən olunmuş vaxtdan əvvəl verilməsi kimi, Qurumlararası Koordinasiya Şurası epidemioloji vəziyyətin təhlili əsasında qalan məhdudiyyətlərin tədricən qaldırılması barədə qərar qəbul edəcək, bundan sonra qətnaməyə müvafiq dəyişikliklər ediləcək″, - deyə Hökumət Administrasiyasından bildirilib.

Bizimlə əlaqə saxlayın