21 
May
2020
11:49
7372

Vətəndaşlara kreditlərlə bağlı ŞAD XƏBƏR

Koronavirus pandemiyası səbəbindən işsiz qalan Gürcüstan vətəndaşları daha üç ay müddətinə kredit ödəməkdən azad edildi.

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir Giorgi Qaxaria hökumətin iclasında deyib.

"Biz aşağıdakıları nəzərdə tutan bir qərar qəbul etdik: işlərini itirmiş və dövlətin anti-böhran planı çərçivəsində kömək etdiyi vətəndaşlar, növbəti üç ayda avtomatik olaraq kredit ödəməmək imkanı genişləndiriləcəkdir. Bundan əlavə, böhran zamanı gəlirləri azalan bütün vətəndaşlar kredit ödəməsini təxirə salınması üçün banklara müraciət edə bilə", - dedi Qaxaria.

Beləliklə, işsiz qalan vətəndaşlar bu ilin sentyabr ayına qədər kreditlərini təxirə sala biləcəklər.

Bizimlə əlaqə saxlayın