17 
May
2020
20:53
3495

Marneuli meri Zaur Darğallı Marneuli sakinlərinə təşəkkür etdi

"Hər bir Marneuli sakininə, göstərdikləri yüksək vətəndaşlıq məsuliyyətinə görə minnətdarlığımı bildirirəm, biz bir daha sübut etdik ki, güc birlikdədir".

InterPress.ge xəbər verir ki, bu barədə Marneuli meri Zaur Darğallı deyib.

O, munisipalitetdə ciddi karantin rejiminin elan olunmasından bu günədək virus əleyhinə həyata keçirilmiş tədbirlər və infrastruktur işləri barədə danışıb.

Onun sözlərinə görə, martın 23-dən sonra, virusun qarşısının alınması üçün bir sıra geniş miqyaslı tədbirlər həyata keçirilib və yenə də davam etdirilir.

Zaur Darğallı bildirib ki ,munisipalitet miqyasında, Marneuli şəhəri və 16 kəndin ərazisində kütləvi dezinfeksiya işləri həyata keçirilib.

O, Marneulinin aqrar bazarının aprelin 27-dən etibarən, təyin olunmuş rekomendasiyaları qorumaq şərti ilə fəaliyyətini davam etdirdiyini bildirib.

O, bu mərhələdə iqtisadi fəaliyyətin maneəçiliklər olmadan davam etdirilməsi üçün 4000-dən artıq icazənin verildiyini bildirib.

Munisipalitetdə aktiv şəkildə içməli su şəbəkələrinin quraşdırılması işləri də aparılır.

Marneuli meri müxtəlif sahələrin nümayəndələri və şəhərin sakinlərinə minnətdarlığını bildirib.

Bizimlə əlaqə saxlayın