17 
May
2020
16:11
2334

Mayın 17-dən sonra Tbilisi qülləsi ağ rəngdə işıqlandırılacaq

"Biz ənənələri poza bilmərik və milli bayramı ilə əlaqədar olaraq Türkmənistan bayrağının rənglərində qüllənin işıqlandırılmasını ləğv edə bilmərik."

InterPress.ge xəbər verir ki, bu haqda Tbilisi meriyası "Tbilisi Pride"ın çağırışına cavab olaraq bildirib.

"Vətəndaşların hüquq və vəzifələri ölkəmizdə cinsi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq ən bərabər şəkildə qorunur" - bu barədə şəhər meriyasından verilən açıqlamada bildirilib.

Mətbuat xidmətindən verilən məlumata görə, 17-18 may tarixlərində meriyaya yerli təşkilatlardan və bir dost ölkədən televiziya qülləsinin işıqlandırılması üçün bir neçə müraciət daxil olub.

“Biz ənənəni poza bilmərik və milli bayramı ilə əlaqədar olaraq qüllənin Türkmənistan bayrağının rənglərində işıqlandırılmasını ləğv edə bilmərik.

Sonradan gələn yerli təşkilatların məktublarına gəldikdə, onların ideoloji müxtəlifliyi və tələblərdəki fərqlər səbəbindən hər kəslə hörmət və həmrəylik göstərməyə qərar verildi - yaxın günlərdə qüllə ağ rəngdə işıqlandırılacaq. Biz bütün vətəndaşlarımızın bir olduğunu vurğulamaq istərdik. Bu bir cəmiyyətdir, bu dünyagörüşü və ya həyat tərzi ilə bölünən cəmiyyət deyil", - deyə meryadan bildirilir.

Bizimlə əlaqə saxlayın