15 
May
2020
11:37
3091

Marneulidən koronavirusla bağlı göndərilən testin cavabları gəldi

Marneuli Geo Hospital xəstəxanadan göndərilən beş xəstənin hamısının test nəticələri mənfi olub, yeni koronavirusu təsdiq edilməyib.

InterPress.ge xəbər verir ki, bu barədə Geo Hospitaldan məlumat verilib.

Həkimlərin dediyinə görə, hazırda "Geo Hospital" da şübhəli simptomları olan xəstələr yoxdur.

Məlumata görə, bələdiyyədə koronavirusdan 16 nəfər sağalıb.

Səkkizinci gündür ki, bələdiyyədə "Covid-19"a yeni yoıuxma qeydə alınmır.

Qeyd edək ki, martın 23-də Marneuli sərt karantin zonası elan edilib. Baç nazirin qərari ilə Marneulidə may ayının 18-dən karantin götürülür.

Bizimlə əlaqə saxlayın