26 
Apr
2020
00:10
3104

Ramazan ayının ikinci gününün imsak, iftar duası və vaxtları

Bu gün Ramazan ayının ikinci günüdür.

Ramazan təqviminə əsasən, aprelin 26-da Tbilisi vaxti ilə imsak saat 04:20-də, iftar vaxtı isə 20:11-dədir.

İkinci günün imsak vaxtı üçün duasını təqdim edirik:

“Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin”.

Tərcüməsi:

İlahi məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və intiqamından bu ay məni uzaq et. Ey Rəhimlilərin Rəhimlisi, məni bu ayda Öz ayələrini oxumağa müvəffəq et! Amin!

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul etsin!

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər