04 
Apr
2020
22:35
2141

Gürcüstanda yeni növ koronavirusa yoluxma hallarının sayı artdı

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxma hallarının sayı 162-ə çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında (stopcov.ge) məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 5067, stasionar müalicədə isə 330 nəfər var. Virusa yoluxmuş şəxslərdən 1 həyatını itirib, 36 nəfəri isə artıq sağalıb.

Bizimlə əlaqə saxlayın