01 
Apr
2020
16:01
2857

Marneulidə 4 iribuynuzlu heyvan oğurlanıb

1 aprel tarixində Marneuli rayonunun Aşağı Saral kəndində oğurluq hadisəsi baş verib. Gecə saatlarında tövlədən 4 iribuynuzlu heyvan oğurlanıb.

Bu haqda InterPress.ge Marneuli Radiosu-na istinadən xəbər verir.

Zərərçəkmiş Bəsti Hüseynovanın sözlərinə görə, o, heyvanların səsinə oyanıb.

“Əvvəlcə maşın səsi eşitdim. İçəri işıq düşürdü. O qədər diqqət etmədim. Sonra buzovların səsi gəldi. Cəld tövləyə getdim, iribuynuzlu heyvanlar oğurlanmışdı”, - Bəsti Hüseynova dedi.

Qeyd edək ki, bu ilin 7 yanvar tarixində kənddə 3 ev qarət olunmuşdu. Həmin vaxt evlərdə olan dəyərli əşyalar oğurlanmışdı. Polis əməkdaşları isə oğurluq törədən şəxsləri tapa bilməyiblər.

Bizimlə əlaqə saxlayın