30 
Mar
2020
13:32
2025

Marina Ezuqbaiya: "Koronavirusa yoluxanlardan altı pasientin durumu ağırdır"

"Koronavirusa yoluxanlardan altı pasientin durumu ağırdır".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiya bildirib.

Onun dediyinə görə, onlardan dördü Tbilisi İnfeksiya Xəstəxanasında müalicə olunur.

“Ölkədə “COVID-19″ ilə yoluxan 97 pasientdən altısının durumu çox ağırdır. O cümlədən kritik də hesab etmək olar. Klinikamızda bu pasientlərdən dörd ağır durumda olan pasient qalır. İkisinin durumu kritikdir, lakin dünən qeyd etdik ki, sabitləşdi. Hələlik tərəddüd edirik deyək ki, onların durumu yaxşılaşıb, çünki bu gün onların dəyərdirilməsinin ikinci günü olacaq. Əgər bu gün də onların durumu sabit olsa, demək olar ki, onların yaxşılaşmasını gözləməliyik və sağalmanın proqnozlaşdırılması mümkün olacaq”, – Ezuqbaiya qeyd edih.

Bununla yanaşı, Ezuqbaiya bildirdi ki, koronavirusu olan üç uşağın durumu qənaətbəxşdir.

Bizimlə əlaqə saxlayın