24 
Mar
2020
10:12
4158

Ölkəmizdə koronavirusa yoluxma halları durmadan artır - Yeni yoluxma halları qeydə alındı

Gürcüstanda koronavirusa 5 yeni yoluxma halı təsdiqlənib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi rəsmi internet saytında (stopcov.ge) məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxma təsdiqlənmiş şəxslərin sayı 66-a çatıb. Qeyd edək ki, onlardan 8 nəfər tam sağalıb.

Qeyd olunur ki, Gürcüstanda hazırda 3320 nəfər karantində, 235 nəfər isə tibbi nəzarətdə saxlanılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər