17 
Mar
2020
10:48
2663

Gürcüstanlı Sahil Allahverdiyev “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Gürcüstanın boks üzrə milli komandasının üzvü Sahil Allahverdiyev “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

İnterpress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Boks Federasiyası məlumat yayıb.

S.Allahverdiyev ötən gün Londonda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 52 kq çəki dərəcəsində serbiyalı boksçu Janjic Dusana qalib gəlib.

Qeyd edək ki, 21 yaşlı gürcüstanlı boksçu “Minsk 2019” II Avropa Oyunları və 2018-ci ildə İspaniyada keçirilən Avropa Birliyi ölkələrinin boks üzrə çempionatında gümüş medallar qazanıb.(report)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər