16 
Yan
2021
17:13
1518

Rioni çayının yaxınlığında yaşayan sakinlər ayağa qalxdı

Rioni çayının yaxınlığında yaşayan sakinlər aksiya keçirdi.

InterPress.ge xəbər verir ki, Opurxeti kəndində əhalinin bir hissəsi "SES-i dayandırma" adlı aksiya keçirib.

SES-in tikilməsinin tərəfdarların dediklərinə görə, SES-in inşası davam etdirilməlidir. Onların sözlərinə görə, SES-in inşası halında infrastruktur, turizm inkişaf edəcək, iş yerləri açılacaq və mühacirlər vətənlərinə dönəcəklər.

“Biz hökumətin dəstəyini tələb edirik. İnkişaf etmiş kəndlərdə yaşamaq istəyirik. SES inşa edildikdən sonra insanlar işlə təmin olunacaq və bu, bizim ümidimizdir. Məktəblər bağlandı və kəndlər sakinlərdən boşaldıldı. Layihə həyata keçirilməzsə, Rioni dərəsi əhali olmadan qalacaq", - deyə etirazçılar bildiriblər.

Eyni zamanda, SES tikintisinə qarşı çıxanlar da Joneti kəndində aksiya keçiriblər. Dediklərinə görə, artıq 83-cü gündür ki, SES-in tikintisinə etiraz edirlər. Hökumətdən və ya SES inşaat şirkətindən hələ təhlükəsizlik zəmanəti almadıqlarını söyləyiblər. Etirazçıların dediyinə görə, etiraz aksiyasını dayandırmaq fikrində deyillər.

Bizimlə əlaqə saxlayın