16 
Yan
2021
11:19
1328

Gürcüstanda koronavirusla bağlı son statistika

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1236 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 247 025 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2189 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 231385 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 23 nəfər ölüb və ölənlərin ümumi sayı 2 916 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 15 152 test aparılmışdır. Bunlardan 9208-i sürətli antigen testi, 5 944-ü isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın