15 
Yan
2021
20:48
1410

Gürcüstanın "Kovid-19"a qarşı tədbirlərin effektivliyinə görə, 183 ölkə arasında reytinqi açıqlandı

Oxford Universitetinin yenilənmiş məlumatlarına görə, Gürcüstan "Kovid-19" a qarşı tədbirlərin effektivliyinə görə 183 ölkə arasında ilk onluqdadır.

InterPress.ge xəbər verir ki, İnfeksion Xəstəliklər və QİÇS Mərkəzi bu barədə məlumat yayır.

Mərkəzdən bildirildiyinə görə, İngiltərədəki Oxford Universiteti, Kovid-19-a qarşı hökumətin cavab tədbirlərinin effektivliyinə dair, ölkələrin sıralanmasına görə, gündəlik yenilənən məlumatlar dərc edir.

"Qiymətləndirmə mürəkkəbdir və qruplaşdırıla bilən ümumilikdə 19 göstəriciyə əsaslanır: dövlət siyasəti, ölkənin iqtisadi siyasəti (vətəndaşların gəlirlərinə qayğı və s. daxil olmaqla) və səhiyyə sistemi siyasətinin göstəriciləri (testlər, xəstə axınının idarə olunması, peyvəndləmə və s.).

"15 yanvar tarixli göstəriciyə görə, Gürcüstan 183 ölkə arasında 10-11-ci yerdədir (Yunanıstanla birlikdə) və Avropa və Şimali Amerika ölkələri arasında bizi yalnız Almaniya, İrlandiya və İtaliya qabaqlayır", - deyilir məlumatda.

Bizimlə əlaqə saxlayın