15 
Yan
2021
20:32
610

Qamğrelidze: "Xoşbəxtlikdən epidemiya prossesi sabitləşməyə doğru gedir"

"Xoşbəxtlikdən bir aydır ki, ölkədə epidemiya prossesi sabitləşməyə doğru gedir.
Hər gün müsbət nisbət kimi fərqli göstəricilər, son bir həftənin insidentliyi, hər şeyin sabitliyə doğru getdiyini göstərir. Gəlin yanvar ayının son günlərinə qədər gözləyək və epidemiya vəziyyəti əsasında qərar verək".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze ölkədəki məhdudiyyətlərin azaldılmasından danışarkən bildirib.

Onun sözlərinə görə, müəyyən məhdudiyyətləri azaltmaq lazımdır, ancaq buna epidemioloji vəziyyəti izlədikdən qərar veriləcək.

Eyni zamanda, jurnalistin "Məktəblərin açılması üçün necə epidemiya vəziyyətinə ehtiyac var?" sualına Qamğrelidze bunun birbaşa göstəricisi olmadığını söyləyib.

"Bildiyiniz kimi, pandemiya həyatımızda bir çox şeyi dəyişdirdi. Təhsil sistemi və metodologiyasına köklü dəyişikliklər gətirdi. Tədris prosesi davam edir, bəzi böyük şəhərlərdə davamiyyətli öyrənmə davam etmir. Ümumiyyətlə, şərt var ki, məktəb və kolleclər sonuncu bağlansın və birinci açılasın. Dünya Səhiyyə Təşkilatının baxışı budur. Bu səbəbdən, ölkədə müvafiq qaydalarla təhsilin bərpası üçün əlimizdən gələni edirik, ancaq bu epidemiya vəziyyətindən asılıdır", - dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın