15 
Yan
2021
17:50
709

Mərkəz rəhbəri ilkin mərhələdə əhalinin neçə faizinin peyvənd olunacağını açıqladı

"Gürcüstan Kovaks platformasında yerləşdiriləcək peyvəndi alacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

Onun sözlərinə görə, adları çəkilən platformada yerləşdirilən hər bir peyvənd Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınan peyvənd olacaq. Eyni zamanda, Qamğrelidzenin dediyinə görə, aşılama planı əhalinin yüzdə 60-nı nəzərdə tutur.

"Gürcüstana Kovaks platformasında yerləşdiriləcək peyvənd daxil olacaq və burada yerləşdirilən hər peyvənd Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınan peyvənd olacaq. Nə vaxt ki, Kovaks öz platformasına bağlı ölkələrə peyvəndlər tədarük etməyə başlayacaq, bütün ölkələrə il ərzində tələb olunan peyvəndlərin yüzdə 20-ni təcridən tədarük edəcəkdir. Bizim üçün təxminən 700 min insan sayılıb, bir milyon 400 min doza. Bütün ölkələr yüzdə 20-yə çatana qədər əlavə dozalar olmayacaq. Aşılama planımız əhalinin yüzdə 60-nı hədəf alır. Əhali dedikdə 18 yaşdan yuxarı əhalini nəzərdə tuturam. Peyvəndin 18 yaşdan kiçiklər üçün klinik araşdırmaları yoxdur. İctimai immuniteti yaratmaq üçün yüzdə 60-ı təmin edilməli və ölkədə normal həyat ritminə qayıtmağımız üçün immunitet təbəqəsi olsun”, - dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın