15 
Yan
2021
17:44
1145

Jurnalistika kurslarına qeydiyyat davam edir - son 15 gün

Siz də jurnalistikanın müxtəlif sahələrində fəaliyyət göstərib, imzanızın tanınmasını istəyirsinizsə, ayda cəmi 50 GEL ödəyərək fürsətdən yararlana bilərsiz.

6 aylıq kurs müddətində iştirakçılar jurnalistika barədə ilkin anlayışlar, xəbəri tapmaq, yazmaq , redaktə etmək kimi ilkin nəzəri biliklərə sahib olacaq. Kurs müddətində hazırda radio və televiziyalarda çalışan peşəkarların iştirakı ilə Radio və TV jurnalistikası barədə ilkin biliklər də tədris ediləcək.

Həmçinin, iştirakçılar rəqəmsal media, foto –jurnalistika, müasir dövrdə video reportajların hazırlanma qaydaları, həll və araşdırma jurnalistikası, data jurnalistika və media etikası , media və sosial media kimi bir çox maraqlı sahələrdə bilik və təcrübə qazana biləcəklər.

Kursu bitirən bütün iştirakçılara sertifikatlar təqdim ediləcək.

Kurs iştirakçılarının nəzəri biliklərini praktik tapşırıqlarla təkmillləşdirmələrinə imkan yaratmaq üçün Gürcüstanının ən çox oxunan azərbaycandilli medialarından olan İnterpress.ge saytı ilə əməkdaşlıq nəzərdə tutulur.

Əməkdaşlıq çərçivəsində tələbələrin praktik tapşırıqlar zamanı hazırladıqları materiallar öz imzaları ilə İnterpress.ge saytında yayımlanacaq.

Kursun qiyməti və digər məsələlər ilə bağlı journalismgeo@gmail.com mail ünvanından məlumat ala və kursda iştirakla bağlı müraciət istəklərini həmin mailə göndərə bilərsiniz.

Eyni zamanda WhatsApp vasitəsilə də müraciət edə bilərsiniz: +994515024323

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər