15 
Yan
2021
12:49
2340

Tədris prosesi ilə bağlı qərar verildi - bu şəhərlərdə onlayn rejim davam edəcək

Gürcüstanın on şəhərində və Acarıstan bölgəsində tədris prosesi 18 yanvar tarixindən etibarən yenidən onlayn rejimdə başlayacaq.

InterPress.ge xəbər verir ki, bu barədə təhsil nazirliyindən bildirilib.

Təhsil nazirinin müvafiq qərarına əsasən, yanvarın 18-dən etibarən bu şəhərlərdə: Tbilisi, Kutaisi, Rustavi, Telavi, Zuqdidi, Zestaponi, Qori, Poti, Marneuli və Qardabani şəhərlərində məsafədən təhsil tam elektron modelindən istifadə ilə başlayacaq. Acarıstan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələri də tədris prosesini məsafədən davam etdirəcəkdir.

İkinci semestrin yenidən siniflərdə davam etdiriləcəyi məktəblər koronavirusun qarşısını almaq üçün, Nazirlik tərəfindən maskalar, məsafəli, kontaktsız termometrlər və dezinfeksiyaedicilərlə tam təmin edilmişdir.

Bundan əlavə, Təhsil Nazirliyindən verilən məlumata görə, məktəblərdə koronavirus hallarının təsdiqlənməsi halında, birinci semestrdə nöqtə məhdudiyyətlərinə şamil olmuş yanaşma davam edəcəkdir. Təhsil Nazirliyi sistemli olaraq Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydaların icrasını izləyəcək və məktəblərə daim monitorinq keçirəcəkdir.

"Qeyd edək ki, Gürcüstanda təhsil prosesinin bərpası ilə yanaşı, ikinci semestrdə də, əsas mənbələrdən biri olan "Telektəb" distant təhsil sahəsində də fəaliyyətinə davam edəcəkdir. Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə Gürcüstanın Birinci Kanalının birgə təhsil layihəsi yanvarın 18-də səhər saat 9: 00-dan etibarən davam etdiriləcək", - deyə Təhsil Nazirliyindən bildirilib.

Bizimlə əlaqə saxlayın