15 
Yan
2021
11:15
3133

Gürcüstanda bu tarixdən kiçik şəhərlərdə məktəblər açıla bilər

"Məhdudiyyətləri yüngülləşdirdikdən sonra tədris əvvəlcə kiçik şəhər və kəndlərdə, daha sonra isə böyük şəhərlərdə başlaya bilər".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbər müavini Paata İmandze söyləyib.

"Tədris başladığı zaman, böyük şəhərlərdə oxumağa bir az sonra başlaya bilərik, nəinki digər yaşayış məntəqələrində",- deyə İmnadze bildirib.

Xatırladaq ki, məhdudiyyətlər əvvəlcə yalnız 6 böyük şəhərə tətbiq olundu və dekabr ayına qədər kənd məktəbləri fəaliyyət göstərirdi.

Qeyd edək ki, alınan qərara əsasən, 1 fevral tarixindən məhdudiyyətlər yüngülləşdiriləcək.

INTERPRESSGE

Bizimlə əlaqə saxlayın