13 
Yan
2021
14:20
1806

Gürcüstanda yanvar ayının 16-dək hava şəraiti necə olacaq?

14-16 yanvar tarixlərində Gürcüstanda arabir yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə güclü olacağı, duman, qar fırtınası olacağı gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Milli Ətraf Mühit Agentliyi yayır.

Bildirilir ki, gözlənilən güclü yağışlar dağlıq ərazilərdə uçqun əmələ gəlməsinə və torpaq sürüşmələrinin yaranmasına səbəb olacaq.

Agentliyinin məlumatına görə, Gürcüstanın bəzi çaylarında suyun səviyyəsi təhlükəli həddə çata bilər.

Bizimlə əlaqə saxlayın