13 
Yan
2021
11:29
829

Rustavi-Tbilisi yolunda qəza - Porşe maarkalı avtomobil itlə toqquşdu

Rustavi şossesində yol qəzası baş verdi.

InterPress.ge xəbər verir ki, Porsche markalı avtomobil magistral yolda qəzaya düşüb.

Avtomobil yolda hərəkət edərkən itlə toqquşub.

"Mən magistral yolda müəyyən olunmuş sürətlə hərəkət edirdim. Komendant saatı tətbiq olunduğu üçün gecə Rustavi-Tbilisi yolunda avtomobillər praktiki olaraq hərəkət etmirdi, buna görə də itlər sərbəst hərəkət edirdilər.

Buna müvafiq olaraq, iki it qəfildən orta bölmə xəttindən qabağıma çıxdı. Birini keçdim, digərini keçə bilmədim, təəssüf ki, yazıq oradaca öldü" - dedi avtomobil sürücüsü.

Qəza zamanı avtomobildə olan şəxslər xəsarət almayıb. /İnfoRustavi/

Bizimlə əlaqə saxlayın